Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm olub

 19:39 20.06.2021     43

Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm müşahidə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2021-ci ilin yanvar-may aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 85,5 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-may ayları il əmüqayisədə kompüter, elektron vəoptik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 81,5 faiz artıb.

Dövr ərzindəəvvəlki ilin yanvar-may ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 69,7 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 64,1 faiz, məişət soyuducularının istehsalı isə 42,6 faiz artıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/958336.html