Ukrayna: Türkiyə PUA-ları gücümüzü artıracaq!

 19:56 20.06.2021     50

Türkiyənin pilotsuz təyyarələri Ukraynanın hərbi gücünü artıracaq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, strateji olaraq iki məsələni həll etmək istəyirlər: Türk pilotsuz təyyarələrinin Ukrayna mühərrikləri ilə təchiz olunmasını və Ukraynada pilotsuz təyyarələrin istehsalını...

"Rusiya ölkələri Ukraynaya silah satmaqdan çəkindirmək üçün səylərini əsirgəmir, çünki Rusiya zəif Ukrayna istəyir. Rusiyanın Ukraynaya genişmiqyaslı hücum planlaşdırmadan əvvəl iki dəfə düşünməsi üçün ölkəmizin pilotsuz təyyarələrə ehtiyacı var. Bu, yalnız PUA-lara deyil, həm də Ukraynanın aldığı hərbi texnikaya da aiddir. Pilotsuz təyyarələri hücum üçün deyil, müdafiə üçün alırıq", - deyə o, bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567266.html