Güləşçimiz Avropa çempionu oldu

 20:08 20.06.2021     45

Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

Axar.az—ın məlumatına görə, 45 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Nikita Dementiyevlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibini 12:0 hesabı ilə məğlub edən Həsənov qitə çempionu olub.

51 kq-dakı Pərviz Dadaşov isə bürünc medal uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 9:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/567270.html