Koronavirusun Hindistan ştammı nə üçün ən təhlükəli hesab edilir?

 20:25 20.06.2021     54

Həkimlər hələ bir neçə ay bundan əvvəl bu qənaətə gəliblər ki, koronavirusun Hindistan ştammı ("Delta") çox yüksək sürətlə yayılır. Ümumdünya Tibb Assosiasiyasının rəhbəri Frank Ulrix Montqomeri izah edib ki, bu bakteriyalar mutasiya nəticəsində demək olar ki, dərhal xəstənin boğazında kök salır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Montqomerinin sözlərinə görə yeni ştammın bu xüsusiyyəti ucbatından koronavirusa yoluxmuş insan artıq bir neçə saatdan sonra həmin ştammın daşıyıcısına çevrilir. Ona görə də ilk günlərdə insanlar xəstəliyə tutulmalarını özləri də bilmədən COVID-19-u yaya bilərlər.

Montqomeri bildirib ki, koronavirusun Hindistan ştammından xilas olmağın yeganə yolu bütün əhalinin peyvəndlənməsidir. Yalnız bunun sayəsində insanlar yeni təhlükəli ştamma qarşı immunitet qazanacaqlar.

İndiyə qədər "Delta" ştammı dünyanın 80-dən çox ölkəsində qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958341.html