Rusların ekzitpol nəticəsi şok etdi: Köçəryan 41%?

 20:42 20.06.2021     61

Rusiya qurumlarının keçirdiyi ekzitpolun ilkin nəticələri açıqlanıb. Onlar mənə seçkinin nəticələri ilə bağlı məlumatları verməyiblər.

Axar.az xəbər verir ki, bu sözləri erməni əsilli rusiyalı mediamenecer Aram Qabrelyanov Teleqram kanalında yazıb.

Buna baxmayaraq, o, əldə etdiyi ekzitpol nəticəsini yazıb:

“Ermənistan” bloku (Köçəryan) – 41%, Mülki Müqavilə Partiyası (Paşinyan) – 21%, Çiçəklənən Ermənistan (Çarukyan) – 10%, “Şərəf Duyuram” (Sərkisyan) – 7%”.

Qeyd edək ki, A.Qabrelyanov ekzitpolu hansı qurumların keçirdiyini belə yazmayıb.

Seçki məntəqələri saat 20:00-da bağlanıb. Hələlik heç bir ekszitpol nəticəsi rəsmən elan edilməyib. Məntəqələrdə isə səslərin sayımına başlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567279.html