XİN rəhbərindən sərhəd xətti ilə bağlı - Açıqlama

 22:25 20.06.2021     72

Bu günə qədər Azərbaycanla Ermənistan arasında sərhəd xətti mövcud olmayıb.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə açıqlamasında deyib.

XİN rəhbəri sərhəddəki gərginliyi dəyərləndirib:

“Bunun səbəbi işğaldır. Torpaqlarımız 30 ildir işğal altında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi. Keçən il 44 günlük müharibə ilə ərazi bütövlüyümüzü bərpa etdik və Ermənistanla aramızda 398,7 kilometrlik sərhədə nəzarəti təmin etdik.

Tərəflər arasında sərhəd xətti məsələsində fikir ayrılığı, fərqli yanaşmalar var. Çünki sovet sönəmində sadəcə idarəedici sərhədlər vardı. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi yerlərdə fərqlilik göstərir.

Bizim yanaşmamız belədir. Tərəflər arasında fəaliyyət qrupları formalaşdırılmalı, mütəxəssislər xəritələri təhlil edərək, sərhəd xəttini müəyyənləşdirməlidirlər.

Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginlik olmaması üçün əlindən gələni edir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567291.html