Seçki şousu: Ermənistanda işıqlar “qəfildən” söndü

 22:30 20.06.2021     66

Ermənistanın bir neçə əyalətində seçki qutularının açılması və səslərin sayılmağa başlaması ilə elektrik enerjisi də kəsilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası sosial şəbəkə istifadəçilərinə istinadla məlumat paylaşıb.

Bildirilib ki, Loridə (Vanadzor, Spitak), Şirakda (Gümrü, Artik), Tavuşda (Dilican, Noyemberyan), Armavirdə (Metsamor, Armavir) və s. vilayətlərdə elektrik enerjisi yoxdur. İrəvanın da iki rayonunda işıqların qəfildən söndüyü iddia edilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567293.html