KTMT-dən Ermənistandakı seçkilərlə bağlı ilk açıqlama

 22:46 20.06.2021     57

KTMT-nin Parlament Assambleyasının Müşahidəçilər Şurasının Ermənistanda növbədənkənar parlament seçkilərinin “yüksək səviyyədə” keçdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, mətbuat konfransı keçirən müşahidəçilər seçkilərdə yüksək peşəkar hazırlığın olduğunu, seçicinin iradəsinə təsir edəcək hər hansı çatışmazlıq aşkar edilmədiyini bildiriblər.

“Pandemiya şəraitinə baxmayaraq, seçki məntəqələrində hər hansı məhdudiyyət tətbiq olunmayıb”, - açıqlamada qeyd edilib.

Xatırladaq ki, hazırda Ermənistanda seçici səsləri sayılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567300.html