Ferstappen Fransa Qran Prisinin qalibi olub

 22:55 20.06.2021     57

"Red Bull" komandasından niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Fransa Qran Prisinin qalibi olub.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Qran Pridə ikinci yeri "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Yarışda üçüncü yeri "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres tutub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958355.html