Nigeriyada məktəblər bağlanır - Hücum təhlükəsi

 23:18 20.06.2021     59

Nigeriyanın Kebbi əyalətində ən azı yeddi məktəb silahlı şəxslərin ölkənin təhsil müəssisələrinə hücumlarının davam etməsi fonunda bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Nigeriya Müəllimlər Birliyi məlumat yayıb.

"Hökumət hücum riski altında olan məktəblərin bağlanmasına dair tədbir görməyimizə üçün fərman verib. Fərmana əsasən, hücum təhlükəsi olan yeddi məktəb bağlanıb" - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl yerli mediada silahlı quldurlar tərəfindən azı 80 şagird və 5 kollec müəlliminin qaçırılması barədə məlumatlar yayılmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567305.html