Bağırsaqlarda bu 4 əlamət varsa - Kolonoskopiya olunmalısız

 23:20 20.06.2021     60

Bağırsaq xərçəngi insanların vaxtında kolonoskopiyaya getməməsi səbəbindən gecikmiş diaqnoz olunan şiş növüdür.

Əgər 10 il əvvəl bu xəstəlik 60 yaşdan sonra daha çox rast gəlinirdisə, indi bu yaş 40-a enib.

Milli.Az xəbər verir ki, alman qastroenteroloqu Berndt Bircner hansı hallarda kolonoskopiya olunmağı açıqlayıb.

Profilaktik kolonoskopiya hətta sağlam görünən və şikayət olmadığı halda 35 yaşdan sonra hər 3-4 ildən bir dəfə edilməlidir. Bu zaman xərçəngönü vəziyyətləri, polipləri vaxtında görüb qarşısını almaq olur.

Amma əgər sizdə bu əlamətlər varsa, yubanmadan kolonoskopi olunmalısız.

- rektal, yəni anusdan qanaxma - istər tualetdə, istərsə də qeyri-halda
- Qəbizlik, günlərlə tualetə getməmək
- Səbəbsiz ürəkbulanmalar
- Qarında güclü spazm və ağrılar

Bu hallar olarsa, heç bir əlavə müayinə düşünmədən birbaşa kolonoskopiyaya getmək lazımdır. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/951524.html