Şenol Günəşi istefaya çağırdılar

 23:29 20.06.2021     66

Türkiyə millisinin Avropa çempionatının A qrupunun sonuncu - III turunda Bakıda İsveçrə yığmasına məğlub olaraq mübarizəni dayandırması azarkeşlərin narazılığına səbəb olub.

Axar.az xəbər verir ki, Bakı Olimpiya Stadionuna toplaşan türkiyəli fanatlar matçın sonlarına yaxın 69 yaşlı mütəxəssisi istefaya səsləyiblər.

Qeyd edək ki, görüş "ay-ulduzlular"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/567307.html