Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir

 23:34 20.06.2021     62

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ilkin nəticələr açıqlanıb. Nəticələrə əsasən, Nikol Paşinyanın partiyası liderdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Paşinyanın partiyası 58,04% səslə öndədir, Robert Köçəryanın bloku isə 22,01% səslə ikinci yerdədir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/armenia/958357.html