Yasamalda mağaza yandı

 23:31 20.06.2021     58

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 80 m² olan ikimərtəbəli ərzaq mağazasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/360191.html