Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

 23:50 20.06.2021     68

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayevin yeni iş yeri müəyyənləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, 29 yaşlı futbolçu Kiprin "Etnikos" klubuna transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
 
Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsümü Türkiyənin "Boluspor" klubunda keçirib. O, daha öncə "Neftçi", "Qarabağ", "Panionios", "Qəbələ" və "Anortosis" klublarında da forma geyinib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958359.html