MakSimin son vəziyyəti açıqlandı

 23:55 20.06.2021     62

Komadan olan rusiyalı müğənni Marina Maksimovanın (MakSim) vəziyyəti dəyişilməz olaraq qalır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun piar meneceri Yana Boquşevskaya "Zvezda" telekanalına açıqlamasında bildirib.

"Hələ ki, dəyişiklik yoxdur. Medikamentoz yuxudadır. Hazırda oksigen aparatına qoşuludur. Zədələnmə faizini azaldırlar. Ağciyərlərini yuyurlar", - o deyib.

Daha əvvəl müğənni MakSimə pnevnmoniya diaqnozu qoyulub, o, süni komadadır. Onun koronavirus testinin nəticəsi neqativ çıxıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/958361.html