İranda təyyarə qəzaya uğradı, iki pilot öldü

 00:00 21.06.2021     59

İranın şimal-şərqindəki Şimali Xorasan əyalətində “Fara Sepehr” təlim təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur bildirib. Onun sözlərinə görə, insident yerli vaxtla saat 13:40-da qeydə alınıb. Qəza zamanı hər iki pilot həyatını itirib.

Vəlipur əlavə edib ki, hadisə yerinə xilasetmə briqadaları cəlb olunub, faktla bağlı istintaq aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/360193.html