Şenol Günəş: İstefa verməyəcəyəm!

 00:05 21.06.2021     61

Hazırda istefa edib-etməmək barədə düşünmürəm.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqiçi Şenol Günəş matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

“İşimizi gördük, buradan çıxmayacağam. Matçdan əvvəl bizim dünya çempionluğuna gələcəyimizi düşünürdünüz, indi isə nə zaman istefa verərsiniz deyə soruşursunuz. Belə etdiyimiz üçün də Türkiyədə problem var”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, A qrupunun II tur matçında Türkiyə 3-1 hesabı ilə İsveçrəyə məğlub olub. Bununla da qardaş ölkə millisi Avro-2020-də mübarizəni dayandırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567311.html