Bakıda yaşlı kişini avtomobil vuraraq öldürdü

 00:15 21.06.2021     59

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən təqribən 60-65 yaşlı naməlum kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırısa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/360194.html