Moldova ilə ticarət dövriyyəsinin həcmi açıqlandı

 00:29 21.06.2021     76

Yanvar-may aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 2,1 milyon dollar olub.

Axar.az Moldovanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, beş ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1 milyon 550 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 545 min dollar dəyərində məhsul ixrac olunub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/iqtisadiyyat/567318.html