Azərbaycanda zəlzələ oldu

 01:02 21.06.2021     67

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə Axar.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar saat 00:12-də Qobustan stansiyasından 25 km qərbdə, Şamaxı rayonunda, 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/567324.html