Ferstappen Fransa Qran-Prisinin qalibi oldu

 01:38 21.06.2021     59

İyunun 20-də Formula 1 Fransa Qran-Prisinin qalibi müəyyənləşib.

Axar.az xəbər verir ki, Pol Rikar avtodromunda təşkil olunan mövsümün yeddinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. İlk üçlüyü “Mersedes”in pilotu Luis Hamilton və “Red Bull”un üzvü Serxio Peres tamamlayıb.

M.Ferstappen cari mövsüm üçüncü, karyerasında isə 13-cü qələbəsini qazanıb.

Pilotların siyahısına 131 xalla M.Ferstappen başçılıq edir. L.Hamilton 119 xalla ikinci, S.Peres isə 84 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Red Bull" 215 xalla birincidir. Hesabında 178 xal olan "Mercedes" ikinci, "McLaren" isə 110 xalla üçüncü yerdə qərarlaşıb. "Red Bull" komandası ardıcıl 3 yarışda qələbə qazanıb.

Növbəti yarış iyunun 27-də Avstriyada təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/567326.html