Nikolun aparat rəhbəri merləri hədələdi: Hazırlaşın!

 01:49 21.06.2021     74

Ermənistan Baş naziri Aparatının rəhbəri Arsen Torosyan yerli idarəetmə orqanlarından bəzi kadrların xaric olunacağı ilə bağlı işarə verib.

Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

O bildirib ki, parlamentə keçirilən seçkilər bəzi icma rəhbərlərinin vəzifələri ilə bağlı siqnal olmalıdır:

“Söhbət müxtəlif siyasi qüvvələrin proporsianal siyahısına bağlı olan məmurlardan gedir”.

Aparat rəhbəri ad qeyd etməsə də, ehtimal edilir ki, o, keçmiş prezident Robert Köçəryana böyük dəstək vermiş Zəngəzur merini nəzərdə tutub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567327.html