Paşinyan seçki qərargahına gəldi: qələbəyə hazırlaşır?

 02:05 21.06.2021     60

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar seçkilərin ilkin nəticələri elan olunduqdan sonra bu dəqiqələrdə seçki qərargahına gəlib.

Axar.az xəbər verir ki, N.Paşinyanı çoxsaylı tərəfdarı qarşılayıb.

Hazırda Nikol Paşinyan tərəfdarları və media nümayəndələri qarşısında çıxış edir.

Hazırda 2008 seçki məntəqəsindən 700-ə yaxın seçki məntəqəsinin nəticəsi açıqlanıb. İndiki nəticələrə görə, N.Paşinyan 59,5 faizə yaxın səslə liderdir. Onun ən yaxın rəqibi Robert Köçəryanın "Ermənistan" bloku 18,7 faizə yaxın səslə ikincidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567329.html