Türkiyədə koronavirusla bağlı SON STATİSTİKA

 06:16 21.06.2021     44

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 63 nəfər vəfat edib.

Publika.az ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 20-də yoxlanış məqsədilə götürülən 213 297 testdən 5091-i müsbət çıxıb. Sutka ərzində 4219 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 232 638 nəfərə yüksəlib.

Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 813 nəfərdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/360201.html