Ermənistanın sabiq prezidenti Sarkisyanın bloku seçkilərdə təzyiqlər barədə açıqlama verib

 07:00 21.06.2021     39

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın "Mənim qürurum var" müxalifət bloku ölkədə keçirilən növbədənkənar parlament seçkiləri zamanı respublikanın təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlər barədə açıqlama verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, blokun nümayəndəsi Ayk Mamicanyan bidirib ki, hüquq-mühafizə orqanları əməkdaşları siyasi qüvvənin tərəfdarlarına qarşı axtarışlar və həbslər həyata keçirib:

"Bir müddət əvvəl Milli Təhlükəsizlik Xidməti Masis şəhərinnmeri David Ambartsumyanın evində səbəbsiz və heç bir ittiham irəli sürmədən axtarış aparıb və onun avtomobilində də axtarış aparmaq istəyib. Artik şəhərində də eyni qurum iki millət vəkilliyinə namizədi və qərargahımızın iki əməkdaşını qaçırıb. Ölkə daxilində görünməmiş qanun pozuntuları baş verir".

Onun sözlərinə görə, saxlanılanların vəkillərinin onların olduğu yer barədə məlumatlarları yoxdur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/armenia/958362.html