Ermənistanda səslərin 86,4 faizi hesablanıb: Paşinyanın partiyası seçkilərdə liderlik edir

 07:28 21.06.2021     35

21.06.2021

07:28

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 86,4 faizi hesablanıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 55,02 faiz səslə liderlik edir.

Bildirilir ki, ikinci yerdə 20,41 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

--------

04:53

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 55,61 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının 75 faizdən çox məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə Serj Sakisyanın "Şərəfim var" bloku qərarlaşıb.

---------

03:54

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 58 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının 50 faizdən çox məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə 18,75 faiz səslə Robert Koçaryanın bloku qərarlaşıb.

---------

03:33

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 58,02 faiz səslə liderlik edir.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 33,49 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə 18,84 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,27 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

--------

01:24

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 59,49 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 21,7 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, ikinci yerdə 18,14 faiz səslə Robert Koçaryanın bloku qərarlaşıb.

-----------------

20.06.2021

23:59

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 58,04 faiz səslə liderlik edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 4 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.

Məlumata əsasən, N.Paşinyanın partiyası 58,04 faiz, Robert Koçaryanın bloku 22,01 faiz səs toplayıb, üçüncü yerdə 5,66 faiz səsləsabiq prezident Serj Sarkiyanın bloku, dördüncü yerdə isə 5,11 faiz səslə biznesmen Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası qərarlaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/armenia/958367.html