Koronavirus infarkt yaradır - Rus həkim

 08:15 21.06.2021     34

Koronavirus infeksiyası daha aqressiv və gözlənilməz davranmağa başlayıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı həkim Svetlana Malinovskaya deyib.

O bildirib ki, virusun insanlar üzərində təsirlərini izləyir və qanda sözün əsl mənasında nə qədər inanılmaz sürətlə dəyişdiyini görürlər:

"Trombositlərin sayı artır, insanda dərhal damar trombozu olur. Bu zaman infarkt baş verir".

Onun sözlərinə görə, yeni xəstələrlə müalicə rejimi daim dəyişdirilməli və vəziyyət araşdırılmalıdır: "Çünki köhnə alqoritmlər artıq işləmir"

Həkim peyvəndlərin Hindistan ştammı da daxil olmaqla, mutasiya olunmuş koronavirus növlərinə qarşı təsirli olduğunu vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567320.html