Berlində atışma baş verib

 08:22 21.06.2021     37

Almaniyanın paytaxtı Berlində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Veddinq rayonunda yerləşən barın yaxınlığında baş verən atışma nəticəsində azı 3 nəfər ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, atəş açan şəxs hələ ki saxlanılmayıb.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958371.html