Erməni müxalifətini uduzduran səbəb - Ekspert açıqladı

 10:34 22.06.2021     31

Paşinyanın qələbəsi gözlənilən idi. Amma xüsusən də Qarabağ müharibəsindəki məğlubiyyət faktorunu nəzərə alsaq, belə bir üstünlük qazanacağı ehtimal edilmirdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markedonov deyib.

"Fevral böyük ümidlər, müxalifətin kütləvi mitinqləri ayı idi. Amma onlar kəmiyyətdən keyfiyyətə keçə bilmədilər. Artıq onda düşünmək lazım idi. Müxalifətin problemi həm də onda idi ki, onlar birləşə bilmədilər, hərə ayrı kolonla getdi. Hakimiyyət isə effektiv və sınaqdan keçmiş "Bəli, ola bilər bizdə indi yaxşı deyil, amma xatırlayın, əvvəl necə idi" strategiyasından istifadə etdi", - Markedonov bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/armenia/958726.html