Niyam 5 min cərimələnməsindən danışdı: Toydan xəbərim olmayıb

 11:04 22.06.2021     24

"Restoran işi çətindir. İnsan evində belə qonaq qarşılayanda bir salat hazırlamaq problem olur. Restorana isə hər gün başqa ailələr, insanlar gəlir. Həm də məkanımda içki də verilmir. Sumqayıt şəhərində olan "Salami" restoranını əziyyətlə qurmuşam. Amma mən durub banket yazmaq, başqa işləri etmirəm. Orada işçi yazır. İnanmıram ki, ona da toy adı ilə yazılsınlar".

Milli.Az axşam.az-a xəbər verir ki, bu sözləri müğənni Niyam Salami deyib. Restoranında karantin qaydalarını pozaraq toy edən sənətçi 5 min manat cərimələnməsindən danışıb. Açıqlama yayan Niyam bildirib ki, toydan xəbərsiz olub:

"İndi restoranlar işləyir və insanlar zəng vurub yazılır. Buna mən cavabdeh deyiləm. Cavabdeh şəxs var idi. Onun da xəbəri olmayıb. Biz bilməmişik orada toy olub. Gəlin-bəy yox idi. Adi insanlar belə ziyafət paltarı geyinir. Mənə dedilər ki, belə hadisə olub. 5001 manat cərimə ödədim.

Həmin gün pulum yox idi. Pul qazanmaq üçün birinci iş görmək lazımdır. Hələ mən iş görürəm. Hüquq mühafizə orqanlarına təşəkkür edirəm ki, məni digərlərindən ayırmadılar.

Məni sıxışdıran digər restoran sahibləridir. Gələn qonaqlarıma qəsdən pis baxırlar. Oraya pulla götürdükləri adamları göndərirlər".

Qeyd edək ki, ötən həftə sənətçiyə məxsus iki restoranda əməliyyat keçirilib. Belə ki, şənbə günü onun Sumqayıtda yerləşən obyektində toy keçirildiyi ortaya çıxıb və sənətçi 5 min manat cərimələnib.

Bir neçə gün əvvəl isə  Daxili İşlər Nazirliyi və  Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən onun Novxanıdakı restoranında reyd aparılıb. Monitorinq zamanı qanunvericilik tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimə edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/958734.html