"Feminist siyasətimə uyğun deyil" - Aktyordan açıqlama

 11:34 22.06.2021     28

Türkiyəli aktyor Kərəm Bürsin "Hikayede kalmasın" proqramında şəxsi həyatı barədə danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aktrisa sevgilisi Hande Erçel ilə münasibətinin necə başladığını açıqlayıb:

"Həmkarlıq dostluğa çevrildi. Biri-birimizə çətin vaxtlarda dəstək olduq. Bir müddətdən sonra "Allah Allah bəlkə..." düşündük. Şanslıyıq, şanslıyam".

K.Bürsin "sevgilinizin geyiminə qarışırsınız" sualına isə belə cavab verib:

"Əvvəllər qarışırdım. Kitablar oxuyaraq bunun səhv olduğunu başa düşdüm. Feminist politikama uyğun deyil".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/958730.html