Dünya çempionatı üçün peyvəndlənmə tələb ediləcək - Qətərdə

 11:39 22.06.2021     26

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərar qəbul edilib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Qətər hökumətinin rəsmisi Şeyd Xalid oyunlara qatılmaq üçün azarkeşlərdən koronavirus əleyhinə peyvəndlənmə tələb edəcəklərini deyib:

"Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün bir şirkətlə danışıqlar aparırıq. Bizim əsas məqsədimiz vətəndaşların və bütün azarkeşlərin sağlamlığını qorumaqdır".

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/958745.html