Paşinyan Xocalı qatilini müdafiə naziri edir

 12:21 22.06.2021     30

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ehtiyatda olan general Samvel Babayanı müdafiə naziri təyin etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb. Qəzet bir müddət əvvəl də bu iddiaların səsləndiyini, Babayanı bu vəzifəyə Paşinyanın həyata yoldaşı Anna Akopyanın gətirmək istədiyini yazıb.

Qeyd edək ki, Babayan əslən Qarabağdandır. O, azərbaycanlılara qarşı qətliamlara imza atan şəxslərdən biridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567639.html