Yaponiyada vulkan püskürüb

 22:59 22.06.2021     52

Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürməsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat verib.

Bu baxımdan meteoroloqların bölgədə beş ballıq miqyasda üçüncü təhlükə səviyyəsini yaranması qeyd olunur. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq mümkün deyil.

Adadakı xəsarətlər və dağıntılar barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kəndin özü vulkandan 4 km uzaq məsafədədir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/958869.html