Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi

 23:06 22.06.2021     52

Sabiq prezident Robert Köçəryanın lideri olduğu "Ermənistan" bloku Mərkəzi Seçki Komissiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Blok məhkəmənin MSK-nın 19 iyun qərarını qismən etibarsız hesab etməsini və hakim "Vətəndaş müqaviləsi" partiyasına xəbərdarlıq etməsi tələbini irəli sürüb.

Xatırladaq ki, "Ermənistan" bloku 17 iyun tarixində MSK-ya müraciət edərək, seçki kampaniyası dövründə "Vətəndaş müqaviləsi" partiyasının inzibati resurslardan, xüsusən də çox sayda polis işçisindən, xidməti avtomobillərdən, mətbuat xidməti işçilərindən və hətta rəsmi "Facebook" səhifəsindən istifadə etdiyini bildirib.

19 iyun tarixində MSK Blokun şikayətini rədd etmək barədə qərar çıxarıb.

Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin demək olar ki, 54% -ni qazanaraq böyük fərqlə qalib gəlib. "Ermənistan" bloku 21,4%, "Şərəfim var" bloku 5,23% səs alıb. Bu üç qüvvə yeni parlamentdə təmsil olunacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959001.html