"Beşiktaş" Sergen Yalçınla razılığa gəldi

 23:07 22.06.2021     61

"Beşiktaş" klubunun baş məşqçisi Sergen Yalçının komandadakı gələcəyinə aydınlıq gəlib.

Axar.az xəbər verir ki, bu gün klubun prezidenti Əhməd Nur Çebi ilə görüşən 49 yaşlı mütəxəssis İstanbul təmsilçisi ilə yeni müqavilə şərtlərində anlaşıb.

Sözləşmənin müddəti və digər detalları yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə Superliqanı və ölkə kubokunu qazanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/567805.html