Putin Sergey Məmmədova yeni vəzifə verir

 23:07 22.06.2021     61

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli senator Sergey Məmmədovun Hesablama Palatasına auditor təyin edilməsini təklif edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Vladimir Putin tərəfindən Federasiya Şurasına senatorlar Sergey Məmmədov və Nataliya Trunovayanın Hesablama Palatasının auditorları təyin edilməsi ilə bağlı təqdimat daxil olub.

Rusiya Prezidentinin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov təqdimatı verilən şəxslərin namizədliyinin təsdiqlənməsi məsələsinə Federasiya Şurasının sabah keçiriləcək plenar iclasında baxılacağını bildirib.

2011-ci ildən Federasiya Şurasının üzvü olan Sergey Məmmədov məşhur azərbaycanlı, uzun illər SSRİ-nin Radio və Televiziya Yayımı üzrə Dövlət Komitəsinin sədr müavini olmuş Ənvər Məmmədovun nəvəsi, 1997-2003-cü illərdə Rusiyanın xarici işlər nazirinin müavini, 2003-2014-cü illərdə isə Rusiyanın Kanadadakı səfiri olmuş Georgi Məmmədovun oğludur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959002.html