Taliban əyalət mərkəzlərinə hücuma hazırlaşır - BMT

 23:43 22.06.2021     57

Taliban böyük ehtimalla bir sıra əyalətlərin mərkəzlərinə əməliyyata hazırlaşır.

Axar.az xəbər verir ki, bunu BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Layons deyib.

"Bu, Talibanın xarici qoşunların geri çəkilməsi başa çatdıqdan sonra həmin inzibati mərkəzləri ələ keçirməyə çalışmaq üçün mövqelər tutduğunu göstərir", - Layons vurğulayıb.

Qeyd edək ki, keçən həftə ərzində Taliban döyüşçüləri Əfqanıstanın 5 vilayətindəki 7 rayonu ələ keçirib. Daha sonra ordunun keçirdiyi əməliyyat nəticəsində Bəlx rayonu geri alınıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567811.html