Rusiyanın daha bir şəhərindən Bakıya reyslər açılır

 23:49 22.06.2021     59

Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkazdan Azərbaycanın paytaxtına uçuş proqramına başlayacaq.

Publika.az xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkaz-Bakı uçuş proqramına başlayacaq.

Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Vladikavkazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq.

Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş rahat Boeing 737-800 təyyarələrlə təmin ediləcəkdir.

Uçuşlar aviaşirkət tərəfindən oktyabr ayının sonuna qədər planlaşdırılıb. Biletlər artıq satışdadır, aviaşirkətin rəsmi saytından və bütün kassalardan əldə edə bilərsiniz. / "Trend"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/360433.html