Pakistanda onlarla insan torpaq altında qaldı

 00:21 23.06.2021     56

Pakistanın Hayber-Pahtunxva əyalətinin Koyi-Meera bölgəsində torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, onlarla insan torpaq altında qalıb.

Axar.az xəbər verir ki, torpaq altında qalan insanların mədən işçiləri olduğu deyilir.

Həmçinin hündürlükdən düşən nəhəng qayalar da mədəndəki texnikalara ciddi zərər verib.

Ölkənin müvafiq qurumları xilasetmə tədbirlərini davam etdirir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567823.html