Çin sərhədləri bu vaxta qədər bağlı saxlayacaq

 00:49 23.06.2021     53

Çin Xalq Respublikası yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində qəbul etdiyi sərhəd məhdudiyyətlərini gələn ilin ortalarına qədər uzatmağa qərar verib.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal"ı məlumat yayıb.

Qeyd edilib ki, Çinin səhiyyə rəsmiləri bu qərara "Covid-19"un yeni variantları səbəbi ilə gəlindiyini bildiriblər.

Çində son 24 saat ərzində 25 yeni yoluxma qeydə alındığı bununla da ümumi yoluxma sayının 91 min 629-a yüksəldiyi qeyd edilib.

Ölkədə epidemiyanın başlanğıcından bəri 4636 nəfər dünyasını dəyib.

Digər tərəfdən, Çin 1 milyard 50 milyon doza ilə ən çox peyvənd tətbiq edən ölkədir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/360437.html