Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar olacaq

 02:11 23.06.2021     55

Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkazdan Azərbaycanın paytaxtına uçuş proqramına başlayacaq.

Axar.az xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkaz-Bakı uçuş proqramına başlayacaq.

Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Vladikavkazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq.

Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Şimali Osetiyaya çatacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/567836.html