Zəncirvari qəzada 3 nəfər xəsarət aldı - FOTO

 13:44 23.06.2021     36

Bərdə rayonunda zəncirvari qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. "Mercedes", "Oka" markalı minik avtomobilləri və traktor toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/959153.html