Bayramov Lavrovla danışdı: Qarabağla bağlı razılaşma...

 14:00 23.06.2021     31

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyini yayıb.

Telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlərdəki aktual məsələləri, regional və beynəlxalq gündəmi müzakirə ediblər.

Tərəflər koronavirus pandemiyasına baxmayaraq, Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını bildiriblər.

Bayramovla Lavrov həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların, xüsusilə Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/567933.html