Ermənistanda yeni hökumət formalaşandan sonra... - Mustafayev

 14:17 23.06.2021     35

Ermənistanda yeni hökumət formalaşdıqdan sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Ağdamda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə deyib.

Ş.Mustafayev bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu kifayət qədər konstruktiv fəaliyyət göstərir:

“Bilirsiniz ki, Ermənistanda seçki prosesi gedir, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra işçi qrupunun fəaliyyəti davam etdiriləcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/567932.html