Dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi - VİDEO

 14:24 23.06.2021     44

Türkiyənin İstanbul şəhərində rəfiqəsi ilə gəzintiyə çıxan qadın keçmiş əri tərəfindən silahlı hücuma məruz qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kişi silahı keçmiş həyat yoldaşının ayaqlarına tuşlayaraq ona bir neçə dəfə atəş açıb.

Hadisəyə müdaxilə edən qadının rəfiqəsi silahlı şəxsi itələyərək yerə yıxıb və nəticədə kişi qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Hücumu həyata keçirən şəxs qısa müddət sonra saxlanılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/959079.html