Əfqanıstanın 134 əsgəri Tacikistana sığındı

 14:37 23.06.2021     35

Talibanın Əfqanıstanın Kunduz vilayətinin Tacikistan-Əfqanıstan sərhədindəki Şirxan sərhəd keçid məntəqəsinə hücum etməsi səbəbindən sərhəddəki vəziyyət gərgindir.

Axar.az xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, Taliban hücumları səbəbindən Əfqanıstan hökumət qüvvələrinin 134 əsgəri Tacikistana keçib.

Bildirilib ki, sərhədi keçən əfqan əsgərləri arasında 4 nəfər yaralanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/567938.html