Azərbaycanda çörək sexində iyrənc cinayət

 14:46 23.06.2021     33

Kəpəz RPİ-yə müraciət edən Gəncə şəhər sakini R.Aslanov iyunun 9-da saat 3 radələrində ona məxsus çörək sexinə girmiş bir nəfərin kassadan 210 manat pulu açıq talama yolu ilə apardığını bildirib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisindəki evlərin birindən 1200 manat dəyərində kondisioner oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/crime/360493.html