Erməni ana Britaniya mətbuatına tükürpədən açıqlama verib: " Bəlkə səhvən kimsə mənim oğlumu..."

 14:57 23.06.2021     38

"The Guardian" qəzeti Larissa Dureyan adlı erməni ananın faciəsindən yazır. Qadın deyir ki, müharibə başlayanda 20 yaşlı oğlu Mxitar Füzuli rayonunda hərbi xidmətdə olub: "Oğlum 12 oktyabrda zəng etdi. Başqa bir yerə köçürüldüyünü söylədi. Bir müddət sonra isə evimizə oğlumun gödəkcəsini geyinmiş bir oğlan cəsədi gətirdilər. Oğlumun kredit kartını da gödəkcənin cibindən tapmışdılar. Meyitin üzü tanınmaz halda idi. Oğlumun əlləri kəsik yerləri ilə dolu idi, çünki yeniyetmə vaxtı cərrahi əməliyyat olunmuşdu. Buna görə əvvəlcə cəsədin əllərinə baxdım. Heç bir kəsik yeri yox idi. Dəri tamamilə hamar idi. DNT-ni öncədən vermişdim və soruşdum ki, DNT-i yoxlayıbsızmı. Dedilər ki, gödəkcənin üstündə oğlunuzun adı var, kredit kartı da oğlunuza məxsusdur. DNT testi isə etməmişik. DNT-ni yoxlamaları üçün israr etdim. Yoxlamadan sonra cəsədin bizim ailəyə məxsus olmadığı ortaya çıxdı".

Graves at a military cemetery in Yerevan

Düşünün ki, mən başqa bir ailənin uşağını öz oğlum bilib dəfn etsəydim necə olacaqdı? Həmin ailə öz oğlunun meyitini tapa bilməyəcəkdi. Eyni zamanda fikirləşdim ki, bəlkə də kimsə mənim oğlumu öz oğlu bilərək dəfn edib.

"The Guardian" qəzeti bildirir ki, Larissa Dureyan hələ də oğlunu axtarır. Ancaq ondan bir xəbər yoxdur.

Diana Harutyunyan mütəxəssis kimi insanın bədən üzvləri və sümüklərininin kimə məxsus olmasını müəyyənləşdirmək üzrə ixtisaslaşıb. O deyir: "Bir qrup insan raketlə vurulub. Cəsədləri də yanıb. Onların qalıqlarını bir çuxur qazıb basdırıblar. Biz indi həmin məzarlıqdan çıxan bütün sümüklərin kimə məxsus olduğunu müəyyənləşdirməliyik. Laboratoriya ağır iş gedir. "Qırmızı Xaç" bizə tövsiyə edir ki, cəsədin bütün sümüklərini toparladıqdan sonra onları ailələrə təqdim edək. Təsəvvür edin ki, valideynə deyirsiz ki, oğlunuzun qalıqları buradadır. Amma hələ onu sizə qaytara bilməyəcəyik. Bu, sadəcə mümkün deyil. Ailələr o qədər səbirli deyillər, gözləyə bilmirlər, bizə təzyiq göstərirlər".

Elbəyi Həsənli, Sürix


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/959187.html